Yaponiya və Kolumbiya 1/8 finalda

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur.

1002171
Yaponiya və Kolumbiya 1/8 finalda
2018-06-28T161208Z_665405090_RC1AAC909600_RTRMADP_3_SOCCER-WORLDCUP-JPN-POL.JPG

Yerli vaxtla 18.00-da “H” qrupunun son oyunları keçirilib.

“Volqoqrad” arenada Yaponiya yığması qrupun autsayderi olan Polşa milli komandası ilə qarşılaşıb. Oyun 0:1 hesabı ilə polşalıların xeyrinə başa çatıb.

Qollar: Bednarek (60-cı dəq.)

Samaranın “Kosmos” arenasında isə Seneqal təmsilçiləri Kolumbiya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib tərəf Kolumbiya millisi olub. Oyun 0:1 hesabı ilə başa çatıb.

Qollar: Mina (74-cü dəq)

Beləcə yekun nəticələrə görə “H” qrupundan Kolumbiya altı xalla birinci, Yaponiya isə dörd xalla ikinci yerdə çıxıb.



Әlaqәli Xәbәrlәr