Futbol üzrə dünya çempionatında E və F qrupu maçtları oynanacaq

Kazan Arenada Cənubi Koreya və Almaniyanın qarşılaşacağı matç saat 17-də başlayacaq. Qarşılaşma TRT1, TRT4K və FIFA2018.trtspor.com.tr ekranlarında olacaq.

1000624
Futbol üzrə dünya çempionatında E və F qrupu maçtları oynanacaq

Qarşılaşma əvvəlində Almaniyanın 3 xalı var. Oynadığı iki matçda da məğlub olan Cənubi Koreya isə qrupda son sırada iştirak edir.

F qrupunun digər oyununda isə Meksika və İsveç eyni saatda qarşılaşacaq. Oynadığı iki matçda da qələbə qazanan Meksika, sahib olduğu 6 xal ilə qrupda lider mövqedədir. İsveçin isə 3 xalı var.

İki milli futbol komandası arasındakı mübarizə Ekaterinburgq Arenada baş tutuacaq. Matç TRTSPOR və fifa2018.trtspor.com.tr ekranında olacaq.

E qrup matçları isə Türkiyə vaxtıyla saat 21: 00-da başlayacaq.

Nijni Novqorod Stadionunda oynanacaq ilk matçda İsveçrə və Kosta Rika qarşılaşacaq. Matç TRTSPOR və fifa2018.trtspor.com.tr canlı yayımlanacaq.

Qrupun Spartak Stadionunda oynanacaq digər matçında isə Serbiya və Braziliya qarşı-qarşıya gələcək.



Әlaqәli Xәbәrlәr