İran son matçda da meydançadan məyus ayrıldı

Rusiyada keçirilən futbol üzrə Dünya çempionatı B qrupuna, İran və Portuqaliya qarşılaşması ilə yekun vuruldu.

999772
İran son matçda da meydançadan məyus ayrıldı

Saransk şəhərində Mordovia meydanında oynanan matç 1-1 hesabla nəticələndi.

İlk hesabı matçın 45-ci dəqiqəsində Portuqaliya açıb. Son dəqiqələrdə İran milliləri təzyiqi artıraraq penaltidən qol vursa da meydançadan məyus ayrılıb.

Portuqaliya isə əldə etdiyi 5 xal ilə İspaniyadan sonra qrupu ikinci sırada tamamlayaraq turu keçən ikinci komanda oldu.



Әlaqәli Xәbәrlәr