Everest dağında iki alpinist öldü

Nepalda dünyanın zirvəsi qəbul edilən Everest dağına  qalxmağa cəhd edən iki 2 alpinist həyatını  itirib.

975638
Everest dağında iki alpinist öldü

Everest düşərgəsində vəzifəli Gyanendra Shrestha Şerpa alpnist  rəhbərləri  tərəfindən  hazırlanan hesabata  istinadən  verdiyi    məlumatda  bildirib  ki,  Evrest  dağının  zirvəsinə  qalxmağa   səy  edən  Makedoniyalı alpinist Gjeorgi Petkov  ilə   Yaponiyalı  alpinist Nobukazu Kuriki həyatını  itirib. O  qeyd  edib  ki,  35 yaşlı   Kurikinin cəsədi 2-ci  düşərgə   ətrafında,  63 yaşlı  Petkovun isə daha  hündür   bir   sahədə   tapılıb. 

Qeyd  edək  ki,  daha əvvəl də Everestə qalxmağa   cəhd  edən  Kuriki, hədəfinə  nail  ola  bilməmiş.  O,   2012-ci ildə  isə  şaxta səbəbiylə  bir  neçə   barmağını   itirmişdir. Yaponiyalı   alpinistinin ölüm səbəbi  konkret  olaraq   bilinməsə  də  Makedoniyalı  alpinitst Petkov ürək çatışmazlığı səbəbindən həyatını  itirib.

8 min 848 metr  hündürlüyə   sahib   olan  Everest  dağında  1920-ci  ildən  bəri  200-dən çox adam həyatını itirdi.



Әlaqәli Xәbәrlәr