Serena Uilyams İtaliyadakı yarışdan geri çəkildi

ABŞ tennisçi Serena Uilyams, İspaniyadan  sonra  İtaliyadakı turnirə  də  qatılmayacaq.

967389
Serena Uilyams İtaliyadakı yarışdan geri çəkildi

  Tək qadın kateqoriyası üzrə ABŞ  tennisçisi  Serena Uilyams (Williams) may ayında  keçiriləcək   İtaliya turnirindən imtina etdiyini bildirib.  

14-20 may tarixlərində  İtaliyanın paytaxtı Romada təşkil ediləcək tədbirin saytında da  36 yaşlı S.Uilyamsın  turnirdən  çəkildiyi yazılıb. 

  Dördqat çempion Serena ötən həftə qarşıdakı turnirlərə hazırlaşmaq üçün  İspaniya turnirindən çəkildiyini  bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr