“Liverpul” rekorda imza atıb

Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb.

963056
“Liverpul” rekorda imza atıb

Hesabata  görǝ  Yuregn Kloppun komandası bir mövsümdə vurulan qol sayında hamını üstələyib.

Sadio Mane və Jorjinyo Veynaldum fərqlənməklə “Liverpul”un bu mövsüm ÇL-də vurduğu qolların sayını 46-a çatdırıb. Bu isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Buna qədər sözügedən rekord "Barselona"ya məxsus idi. Kataloniya təmsilçisi 1999-2000-ci il mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.



Әlaqәli Xәbәrlәr