Beynəlxalq Mesopotamiya Velosiped turu Türkiyədə başladı

Dörd gün davam edəcək Beynəlxalq Mesopotamiya Velosiped turu Şanlıurfadan başlayıb Mardinə, Mardindən Diyarbəkirə davam edəcək. Diyarbəkirdən isə təkrar Şanlıurfaya dönüləcək və burada final keçiriləcək.

962796
Beynəlxalq Mesopotamiya Velosiped turu Türkiyədə başladı

  Beynəlxalq Mesopotamiya Velosiped turu 7 ölkənin 160 idmançının iştirakıyla 3 mayda Türkiyənin Şanlıurfa bölgəsində başlayır.  

  Tur Şanlıurfa, Mardin və Diyarbəkiri əhatə edir.

  Dörd gün davam edəcək Beynəlxalq Mesopotamiya Velosiped turu Şanlıurfadan başlayıb Mardinə, Mardindən Diyarbəkirə qədər davam edəcək. Diyarbəkirdən isə təkrar Şanlıurfaya dönüləcək və burada final keçiriləcək.

  Turun marşrutu üzərində dünyanın ən qədim məbədi Göbeklitepe, Dara antik şəhəri kimi maddi dəyərlər var. Velosiped turu zamanı bu abidələr də minlərlə insan tərəfindən görüləcək.

  İdmançılar bütövlükdə 629 kilometrlik pedal çevirəcək.

  Mayın 3-də başlayacaq turun ilkin mərhələsi Şanlıurfa-Kızıltepe-Mardin, ikinci mərhələsi Mardin-Nusaybin-Mardin, üçüncü mərhələsi Mardin-Bismil-Diyarbəkir və dördüncü mərhələsi Diyarbəkir-Siverek-Şanlıurfa marşrutları üzrə olacaq.



Әlaqәli Xәbәrlәr