Güləşçilərimiz medallarını “Zeytun budağı” əməliyyatında iştirak edən əsgərlərimizə həsr etdi

Milli güləşçilərimiz Taha Akgül və Hüseyn Gündüz qızıl medal qazandılar.

916798
Güləşçilərimiz medallarını “Zeytun budağı” əməliyyatında iştirak edən əsgərlərimizə həsr etdi

Milli güləşçilərimiz Taha Akgül və Hüseyn Gündüz qızıl medal qazandılar.

Kubanın paytaxtı Havanada keçirilən “Granma y Cerro Pelado” turnirində mübarizə aparan kişilər üzrə sərbəst güləşdə 125 kq çəki dərəcəsində Taha Akgül və 92 kq çəki dərəcəsində Hüseyn Gündüz qızıl medalın sahibi oldu.

Taha turnirin dörddəbir finalında kanadalı Sean Allan Molleni 10-9, yarım finalda amerikalı Keron Fransiskonu 11-0 və finalda isə digər amerikalı idmançı Ben Durbini 11-0 texniki üstünlüklərlə məğlub edərək qızıl medal qazandı.

Hüseyn Gündüz isə ilk turda amerikalı Nikko Reyesi 10-0 texniki üstünlüklə məğlub edərək, dörddəbir finala çıxdı. Türk güləşçi bu turda amerikalı Don Mykneyılı 3-1 hesabı ilə məğlub etdikdə, yarım finalda amerikalı Nick Heflin ilə cütləşdi. Rəqibinin zədəsinə görə müsabiqədən çəkilməsi nəticəsində Türk idmançı finala yüksəldi.

Hüseyn finalda alman idmancı Qabriel Ştark qarşısında son saniyələrdə aldığı bir balla 1-1 hesabı ilə qızıl medalın sahibi oldu.

Milli güləşçilər medallarını Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ olmaqla bölgə xalqını təzyiq və zülmdən xilas etmək məqsədilə yanvarın 20-da başlatdığı “Zeytun budağı” əməliyyatında iştirak edən Türk əsgərinə həsr etdi.



Әlaqәli Xәbәrlәr