Boğaziçi qitələrarası üzgüçülük yarışına böyük maraq göstərildi

Bu il keçiriləcək Boğaziçi qitələrarası üzgüçülük yarışlarına müraciətlərdə xarici ölkə kvotası 27 dəqiqədə doldu.

881624
Boğaziçi qitələrarası üzgüçülük yarışına böyük maraq göstərildi

Bu il keçiriləcək Boğaziçi qitələrarası üzgüçülük yarışlarına müraciətlərdə xarici ölkə kvotası 27 dəqiqədə doldu.

Türkiyə Milli Olimpiya  Komitəsinin (TMOK) yaydığı açıqlamada, TMOK-un internet saytında bugün saat 01.30-da açıq elan edilən müraciətlərə böyük maraq göstərildi. Müraciət sisteminin açılmasından əvvəl internet saytında 3 minə yaxın adamın hazır gözlədiyi qeydə alındı və 41 ölkədən 1200 nəfərin müraciəti uğurla tamamlandı.

TMOK-un açıqlamasına görə, Rusiyanın ölkə miqyasında 450 nəfərlik kontigentini doldurması 13 dəqiqə, Ukraynanın 450 nəfərlik kvotanı doldurması isə 22 dəqiqə çəkib.

Müraciətlərin açılmasından sonra 27 dəqiqədə 1200 nəfərlik bütün xarici ölkə kvotası tamamlanıb.

Müraciətlərin 748 kişi, 452-si isə qadınlardan ibarət olub.

Bu il 30-cu dəfə keçiriləcək tədbir 22 iyul bazar günü Asiya və Avropa qitələrini birləşdirən İstanbul boğazında baş tutacaq.



Әlaqәli Xәbәrlәr