İraqın əfsanə futbolçularından Əli Kazım dünyasını dəyişib

İraqın əfsanə futbolcularından Əli Kazım (69) Bağdadda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

880870
İraqın əfsanə futbolçularından Əli Kazım dünyasını dəyişib

İraqın əfsanə futbolcularından Əli Kazım (69) Bağdadda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

İraq dövlət televiziyasının xəbərinə görə, Əli Kazım düçar olduğu xərçəng xəstəliyinə görə uzun müddətdir müalicə olunduğu Bağdaddakı xəstəxanalardan birində dünyasını dəyişib.

Bir dönəm Türkiyənin “Çaykur Rizəspor” komandasında oyynayan Əli Adnanın əmisi Əli Kazım İraqın yığma futbol komandasının ən çox qol vuran (35) dördüncü idmancısı idi.

Qazandığı çempionluqlar və qələbələrlə ölkə futboluna möhrünü vuranlardan biri olan Kazım 1980-ci ildə Moskva Olimpiada Oyunlarında dörddə bir final oynayan İraq milli komandasında da yer almışdır.



Әlaqәli Xәbәrlәr