Futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma həyəcanı

Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək.

858539
Futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma həyəcanı

Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək. 

Dekabrın ilk günündə dördilliyin ən möhtəşəm yarışı - futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Dövlət Kreml Sarayında keçiriləcək tədbir Türkiyə vaxtı ilə saat 18:00-da start götürəcək. Dünya futbolunun bütün tanınmış simaları, FİFA, həmçinin qitə konfederasiyalarının və əksər milli assosiasiyaların rəhbərlərinin qatılacağı mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.

DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq.

DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma -  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.

 



Әlaqәli Xәbәrlәr