Avroliqanın qrup mərhələsində V turun oyunları keçiriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qarşılaşmaları üç müxtəlif vaxtda baş tutacaq.

853503
Avroliqanın qrup mərhələsində V turun oyunları keçiriləcək

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Qitənin ikinci dərəcəli klub turnirinin qarşılaşmaları üç müxtəlif vaxtda baş tutacaq.

Qazaxıstanda keçiriləcək “Astana” – “Vilyarreal” matçı ilə başlayacaq turadək 5 komanda adını 1/16 finala yazdırıb. Bunlar Kiyev “Dinamo”su, “Latsio”, “Styaua” “Zenit” və “Arsenal”dı. Təl-Əviv “Makkabi”si, “Vardar” və “Everton” isə artıq qrupdan çıxmaq şanslarını itirib. Bugünkü görüşlər bu siyahıları daha da genişləndirə bilər. 19 komanda 1/16 finala vəsiqəni bu turda rəsmiləşdirməyə yaxındı.

A qrupunda üz-üzə gələn “Vilyarreal”la “Astana”nın hər ikisi növbəti mərhələ sevinci yaşaya bilər. Bu, “Slaviya”nın qrupda qalması ilə nəticələnəcək. B qrupunda Kiyev təmsilçisinin ardınca ikinci vəsiqəni ələ keçirməyə iddialı olan “Partizan” “Yanq Boyz”la “Skenderbeu”nu qrupda saxlamaq imkanına malikdi. C qrupunda “Lüdororets”lə “Braqa” xoşbəxtlər siyahısına düşməyin bir addımlığındadır. Qonşu Türkiyə “Başakşəhər”i qalib gələ bilməsə, son tur onlar üçün formallığa çevriləcək.

Evdə oynayacaq “Milan” və AEK D qrupunda ilk iki yeri indidən rəsmiləşdirə bilər. E qrupunun liderlərindən “Lion” öz, “Atalanta” rəqib meydanında istəyini gerçəkləşdirməyə çalışacaq. “Kopenhagen”lə “Şerif” F, “Viktoriya” G, “Srvena Zvezda” H qrupunda 1/16 finala yüksəlməyə yaxındı. İ qrupunda çıxış edən Türkiyə “Konyaspor”unun durumu isə ürəkaçan deyil. Qonşu ölkə təmsilçisi evdə “Marsel”ə uduzsa, qrupda qalacaq. Fransa klubu isə “Zalsburq”la birlikdə mərhələ adlamaq imkanından yararlanmaq əzmindədir.

J qrupunun liderləri “Ostersun”la “Zarya” arasında matçın qalibi də qrupdan çıxa bilər. İsveçlilər 3 xalla, qonaqlar isə təkcə qələbə deyil, həm də “Atletik”in büdrəməsi ilə buna nail olacaq. “Nitsa” K qrupunda, “Real Sosyedad” L qrupunda ikinci vəsiqəni təmin edə bilər. Fransa klubuna qələbə, sonunculara heç-heçə də kifayətdir.



Әlaqәli Xәbәrlәr