"Beşiktaş” Çempionlar Liqasının 1/8 finalına yüksəldi

Noyabrın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start verildi.

852232
"Beşiktaş” Çempionlar Liqasının 1/8 finalına yüksəldi

Noyabrın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start verildi.

Həmin  qrupda iştirak edən İstanbulun "Beşiktaş" futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəldi.

"Beşiktaş"  beşinci matçda doğma meydanda "Portu" ilə 1:1 hesablı heç-heçə edərək xallarının sayını 11-ə çatdırdı və  "G" qrupunda liderliyini rəsmiləşdirdi.

İstanbul komandası qrup mərhələsinin sonuncu turunda səfərdə "Leypsiq" komandası ilə qarşılaşacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

G qrupu

“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1

Qollar: Talişka, 41 - Felipe, 29 

“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Slovniyanın “Maribor” komandası ilə 1:1 hesablı heç-heçə edib. “Sevilya” isə İspaniyada İngiltərənin “Liverpul” klubu ilə heç-heçə edib – 3:3.

İtaliyanın “Napoli” və Ukraynanın “Şaxtyor” klublarının qarşılaşması isə “F” qrupunun maraqla gözlənilən oyunu idi. Qarşılaşma İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupda oynanılan digər qarşılaşmada Hollandiyada təmsilçisi “Feyenoord” səfərdə İngiltərənin “Mançester Siti” klubunun qonağı olub. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 0:1

“H” qrupunda İspaniyanın “Real Madrid” klubu isə səfərdə Kiprin “APOEL” komandasının qapısından 6 cavabsız top keçirib. Almaniya təmsilçisi “Borussiya” öz meydanında İngiltərənin “Tottenhem” klubuna məğlub olub – 1:2.

Xatırladaq ki, noyabrın 22-də “C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qarşılaşma Türkiyə vaxtı ilə saat 20:00-də start götürəcək.



Әlaqәli Xәbәrlәr