Vodafone 39-cu İstanbul Marafonu üçün qeydiyyat başladı

İstanbul Böyükşəhər Bələdiyyəsi və “Spor İstanbul” tərəfindən “Vodafone”nun ad sponsorluğu 12 noyabr bazar günü keçiriləcək Vodafone 39-cu İstanbul Marafonu üçün qaçışa qatılmaq istəyənlərin qeydiyyatı başlayıb.

837024

  Builki 8 kilometrlik İstanbul xalq marafonu "Uşaqlarımızın gələcəyi üçün qaçırıq" mövzusu ilə bağlıdır.

  Altunizadedən saat 09.45-də başlayacaq və Vodafone Parkda sona çatacaq xalq qaçışında təxminən 100 min nəfərin iştirakı gözlənilir.

  Qolsuz köynəklər 9-11 noyabrda Yenikapı Marafon və İdman Sərgisində (Spor Fuarı) paylanacaq.

  Vodafone 39-cu İstanbul Marafonunda xalq qaçışına qatılmaq istəyənlər meydanlarda qurulmuş köşə-stendlərdə və İstanbul Böyükşəhər Bələdiyyəsi İdman İstanbul obyektlərində qeydiyyatdan keçərək sinə nömrələrini ala bilərlər.

Әlaqәli Xәbәrlәr