Kriştiano Ronaldo ilin ən yaxşı futbolcusu olub

FIFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırıb. “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

832945
Kriştiano Ronaldo ilin ən yaxşı futbolcusu olub

2017-ci ilin ən yaxşı futbolçusu nominasiyasında Real Madridin hücumçusu Kriştiano Ronaldo olub. O, səsvermədə Lionel Messi və Neymarı qabaqlayıb.
Zinəddin Zidan isə ilin ən yaxşı baş məşqçisi seçilib.

 İlin ən yaxşı qolu üçün verilən “Ferents Puşkaş” mükafatı Fransa millisi və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub. Onun “Kristal Pelas” oyunda dabanla vurduğu qol bütün rəqiblərini qabaqlayıb. 

Budəfəki tədbirdə ilk dəfə olaraq ilin ən yaxşı qapıçısı da seçilib. İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffon əsas rəqibləri Keylor Navas və Manuel Noyeri geridə qoyub.

İlin “fair-play” mükafatı Toqo millisinin və Çexiyanın “Zbryovko Brno” komandasının oyunçusu Fransis Koneyə təqdim edilib. O, oyunların birində rəqib oyunçunu ölümdən xilas etdiyi üçün bu mükafata layiq görülüb.



Әlaqәli Xәbәrlәr