Güləşçilərimiz turniri birinci sırada tamamladı

Sayca 33-cü təşkil edilən Güləş üzrə Beynəlxalq Respublika Kubokuna yekun vururdu. Türkiyə turniri 8 qızıl, 13 gümüş və 19 bürünc medal qazanaraq birinci sırada tamamladı.

832236
Güləşçilərimiz turniri birinci sırada tamamladı

Sancaktəpə Taha Akgül İdman Kompleksində təşkil edilən turnirdə Yunan stildə 60 kq çəki dərəcəsində mübarizə edən Kərəm Kamal qızıl, Müslüm Alınlı Gümüş, Məhəmməd Özer bürünc medal qazanıb. 84 kq çəki dərəcəsində isə İsa Arslan gümüş, Abdullah Ilgaz isə bürünc medalın sahibi olub.

Sərbəst stildə 60 kq çəki dərəcəsində mübarizə edən Əhməd Taş qızıl, İsmail Culfa gümüş, Hüseyn Zopalı və Musa Şahin bürünc medal qazanıblar. 84 kqda yarışan Efe Sami Ünal qızıl, Mert Çıkmaz gümüş, Doğukan Kalaycı isə bürünc medalın sahibi olub.



Әlaqәli Xәbәrlәr