İran Fatih Terimi istəyir

İranın tanınmış İstiqlal İdman Klubunun rəhbəri Rza İftikari texniki direktor Əli Rza Mansuriyanın istefadan sonra boşalan vəzifəsi üçün ilk seçimlərinin Fatih Terim olduğunu açıqlayıb.

811507
İran Fatih Terimi istəyir

   İstiqlal komandasının rəsmi internet saytında yazılana görə, R.İftikari texniki direktor axtarışının davam etdiyini və klubun ilk seçiminin Fatih Terim olduğunu bildirib: “Türkiyənin böyük texniki direktorlarından olan Fatih Terimlə müqavilə bağlasaq, nəticəni azarkeşlərimizlə də bölüşəcəyik".

  Xatırladaq ki, Fateh Terim Türkiyə Futbol Komandası Direktorluğundan iyul ayında istefa etmişdi.


Etiketlәr: #İran Fatih Terim

Әlaqәli Xәbәrlәr