Güləş üzrə Dünya Çempionatına Fransanın paytaxtı Parisdə start verilir

7 gün davam edən nəhəng tədbir çərçivəsində 7-si qadın olmaqla 23 idmançımız medal uğrunda mübarizə edəcək.

793630
Güləş üzrə Dünya Çempionatına Fransanın paytaxtı Parisdə start verilir

Milli güləşçilərimiz Taha Akgül və Rza Kayaalp üçüncü dəfə dünya çempionu ola bilmək üçün güləşəcək.

Çempionatın ilk iki günündə yunan-roman güləşçilər mübarizə aparacaqlar.

İlk gün 71 kq çəkidə Murat Dağ, 75 kq çəkidə Fatih Çəngiz, 85 kq Mətəhan Başar və 98 kq çəki dərəcəsində Fatih Başköy güləşəcək.

Avqustun 26-da sona çatacaq olan çempionat TRT Spor ekranında olacaq.



Әlaqәli Xәbәrlәr