Rusiya və dünyanın ən məşhur tennisçisi Maria Sharapova, Türkiyəyə gəlir

Türkiyə Tennis Federasiyası (TTF) və Türk İqtisadiyyat Bankın(TİB) əməkdaşlığı ilə noyabr ayında təşkil ediləcək TİB BNP Paribas Tennis Stars Series ilə əlaqəli İstanbulda mətbuat konfransı təşkil edilib.

786746
Rusiya və dünyanın ən məşhur tennisçisi Maria Sharapova, Türkiyəyə gəlir

Konfransa Türk İqtisadiyyat Bankın Baş direktörü Ümid Ləbləbici, TTF Başçısı Cəngiz Durmuş və milli tennisçi Çağla Büyükakçay da iştirak edib.

Mətbuat konfransında, Türk İqtisadiyyat Bank BNP Paribas Tennis Stars Seriesə Maria Sharapovanın qatılacağı açıqlanıb. Tədbirin təşkil ediləcəyi şəhər isə daha sonra bəlli olacaq.

Sharapovanın qısa bir videosunun da göstərildiyi mətbuat konfransında Rus tennisçi: “Salam Türkiyə, mən Maria Sharapova. Sizlərə bu il noyabr ayında keçiriləcək Tİb BNP Paribas Tennis Stars Seriesdə iştirak edəcəyimi açıqlamaqdan məmnuniyyət duyuram. Noyabrda görüşənə dək” deyib.

TİB Baş direktörü Ümid Ləbləbici, bu tədbirlərlə Türk tenisinin inkişafına töhvə vermək və Türk tennisçiləri dünyanın ən əhəmiyyətli tennisçiləriylə bir araya gətirmək istədiklərini və Sharapova ilə Çağlanın oynayacağı matçda favoritinin Çağla olduğunu bildirib.

Qadınlar üzrə  dünya reytinqində 21 həftə  serianın 1 nömrəsi  olan və 5 Grand Slam, 35 single çempionluğun sahibi Maria Sharapova, "meldonyum" istifadə etdiyinə görə ilki il müddətlə kortlardan kənarda qalmaqda cəzalandırılmış,  cəza daha sonra 15 aya endirilmişdi.



Әlaqәli Xәbәrlәr