Vladimir Klitçko boksa vidalaşdı

Üç versiyada superağır çəkidə boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko boks ilə vidalaşdı.

783846
Vladimir Klitçko boksa vidalaşdı

Ukraynalı boksçu hǝvǝskar və professional boksda bir çox uğura imza atdığını ifadə edərək daha spor karyerasına son verib yeni bir kariyera üçün hazırlanacağını qeyd edib.

41 yaşlı sabiq boks çempionu, karyerasının bu qədər uzun və uğurlarla dolu davam edəcəyini təxmin etmədiyini və aktiv idman həyatı boyunca özünə güc və dəstək verən hər kəsə minnətdar olduğunu bildirib.

Boks tarixinin ən uğurlu idmançılarından biri hesab edilən Vladimir Klitçko həvəskarlıq karyerasını ‘1996 Atlanta Olimpiadalarında’ qızıl medal qazanaraq tamamlayaraq professionallığa qǝdǝ qoyduqdan sonra, 2000 - 2003 və 2006 - 2015-ci illər arasında dünya ağır çəki boks çempionu adını müvəffəqiyyətlə qorumuşdu.

Dünyanın dörd böyük boks federasiyasının çempionluq kəmərinin dǝ sahibi olan Klitçko əfsanəvi Joe Luisdən sonra dünya çempionu adını ən uzun müddət qoruyan ikinci boksçu olub. Vladimir Klitçko 69 professional matçın, 54-ü nakavt ilə olmaqla 64-də qalibiyyət qazanmış və 29 dəfə dünya çempionluğu uğrunda mübarizə etmişdir.



Әlaqәli Xәbәrlәr