Türkiyə festivalda cüdo üzrə da 3-cü oldu

Türkiyə 2017 Avropa Olimpiya Gənclik Yay Festivalında (EYOF 2017) cüdo üzrə 3-cü yeri əldə etdi.

780039
Türkiyə festivalda cüdo üzrə da 3-cü oldu

  Beynəlxalq Cüdo Federasiyasından verilən məlumata görə, Macarıstanın Gyor şəhərində təşkil edilən festivalda Türkiyə cüdo üzrə 2 qızıl və 4 bürünc medalla Gürcüstan və Macarıstandan sonra üçüncü olub. 

  Cüdo mübarizəsinin son günündə 90 kiloqram çəki dərəcəsində Türkiyədən Ömər Kamal Aydın Xorvatiyadan Filip Miljeviçi məğlub edərək bürünc medal qazanıb. 

  Beləliklə, Türkiyədən cüdo üzrə qızıl medalları Mihrace Akkuş (55 kilo) və Mustafa Koç (73 kilo), bürünc medalları isə Əjdər Toktay (50 kilo), Özge Andıç (44 kilo), Zeliha Cinci (48 kilo) və Ömər Kamal Aydın əldə edib. 



Әlaqәli Xәbәrlәr