2019 Avropa çempionatı seçmələrində 32 komanda iştirak edir

Avropa üzrə FIBA Qadınlar 2019 Çempionatı seçmələrində Türkiyənin rəqibləri  bəlli  olub.

764416
2019 Avropa çempionatı seçmələrində 32 komanda iştirak edir

FIBA-nın  açıqlamasında  bildirilib  ki,  seçmələrdə  8  qrup   olmaqla  32 komanda  iştirak  edir.

Türkiyə  qadın  basketbol   yığması,  B qrupda, Estoniya, Polşa və Belarusun rəqibi olub. Matçlar üç fərqli dövrdə (6-16 noyabr),  (5-15 Fevral 2018), (12-22 noyabr 2018)  tarixlərində   oynanacaq. 

2019 Avropa Çempionatının seçmə qrupları:

A Qrup: Bosniya və Herseqovina, İslandiya, Çernoqoriya, Slovakiya

B Qrup: Estoniya, Polşa, Belarus, Türkiyə

C Qrup: Albaniya, Litva, Macarıstan, Rusiya

D qrup: Portuqaliya, Böyük Britaniya, İsrail, Yunanıstan

E Qrup: Finlandiya, Rumıniya, Sloveniya, Fransa

F Qrup: Bolqarıstan, Niderland, Ukrayna, İspaniya

G Qrup: İsveçrə, Almaniya, Çexiya, Belçika

H Qrup: Makedoniya, Xorvatiya, İsveç, İtaliya

İyun 2019-da FIBA ​​Qadınlar Avropa Çempionatı Finallarına, Serbiya və Latviya  ev  sahibliyi  edəcək.  



Әlaqәli Xәbәrlәr