İtaliya A seriyasının təqvimi müəyyənləşib

İtaliya A seriyasında 2017/18 mövsümünün təqvimi bəlli olub

751985
İtaliya A seriyasının təqvimi müəyyənləşib

İtaliya A seriyasında 2017/18 mövsümünün təqvimi bəlli olub.  Yeni mövsüm avqustun 20-də start götürəcək.

Bundan bir həftə əvvəl – avqustun 13-də isə Romada “Yuventus”la “Latsio” İtaliya Superkuboku matçında üz-üzə gələcək.

Gələn il, mayın 20-nə qədər davam edəcək mövsümdə 25 sentyabr, 25 oktyabr və 18 aprel tarixləri “aralıq turu” üçün nəzərdə tutulub. Ölkə kubokunun final qarşılaşması isə gələn il mayın 9-da baş tutacaq.

Qeyd edək ki, geridə qalan mövsümün yekunlarına görə, “Spal”, “Verona” və “Benevento” A seriyasına yüksəliblərsə, “Empoli”, “Palermo” və “Peskara” aşağı diviziona yuvarlanıb.



Әlaqәli Xәbәrlәr