Azərbaycan millisinin voleybolçusu Yana Kulan karyerasını Türkiyədə davam etdirəcək
Sultanlar Liqasında oynayan Azərbaycanlı voleybolçularıın sayı 2-yə çatıb.
750504
Azərbaycan millisinin voleybolçusu Yana Kulan karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu “Beylikdüzü” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.
O, İstanbul təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Son mövsümü Türkiyənin “Çanakkale Bld” klubunda oynayan Kulan özünü yaxşı tərəfdən göstərəcəyi halda daha 1 il “Beylikdüzü”ndə qala bilər. Onun yeni komandası ötən mövsüm I liqanı çempion kimi bitirərək, Sultanlar Liqasına vəsiqə qazanıb.
Yananın bu klubla anlaşmasından sonra Sultanlar Liqasında oynayan Azərbaycanlı voleybolçuların sayı 2-yə çatıb.
Qeyd edək ki, Yana Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Çinin “Beijung” klublarında da legioner həyatı yaşayıb.