Türkiyə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə 59 medal qazandı

Medal sayına görə siyahının birinci yerində ev sahibi Azərbaycan yer tutub.

732071
Türkiyə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə 59 medal qazandı

Türkiyə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə 59 medal qazanıb.

IV İslam Həmrəyliyi Oyunlarında ikinci günün axırında Türkiyə 20 qızıl, 24 gümüş və 15 bürünc olmaqla cəmi 59 medal qazanaraq ikinci yeri tutub.

Medalların sahiblərini tapdığı ikinci gün Azərbaycan milli komandası üçün də rekordlarla zəngin olub. Medal sayına görə siyahının birinci yerində ev sahibi Azərbaycan yer tutub. 

Azərbaycan yığması bir gün əvvəlki ilə müqayisədə daha çox medal – 28 mükafat əldə edib. Qızıl medal sayını da artıraraq 14-ə çatdıran idmançılar 8 gümüş və 6 bürünc də əldə edib.

İki dəfə çempionluq yaşayan Marina Durunda (bədii gimnastika, halqa və lent), həmçinin idman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova), Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m), Roman Heydərov (karate, kata), Məmmədəli Mehdiyev (cüdo, 90 kq), Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr), qadınlardan ibarət həndbol yığması, Elxan Məmmədov (cüdo, 100 kq), İrina Zaretska (karate, 68 kq), Ayxan Mamayev (karate, 84 kq), Jalə Piriyeva (bədii gimnastika, top), Elçin Talıbov (paracüdo, 66 kq) və Ramil Qasımov (paracüdo, 73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medala isə idman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), Elmar Qasımov (cüdo, 100 kq), İrina Kindzerska (cüdo, +78 kq), Marina Durunda (bədii gimnastika, gürzlər), Fəridə Əliyeva (karate, +68 kq), Jalə Piriyeva (bədii gimnastika, lent), Bayram Mustafayev (paracüdo, 66 kq), Kənan Abdulxanlı (paracüdo, +100 kq) yiyələnib.

Jalə Piriyeva (bədii gimnastika, halqa), Marina Durunda (bədii gimnastika, top), Asiman Qurbanlı (cüdo, +84 kq), Natiq Talıbov (paracüdo, 73 kq), Rövşən Səfərov (paracüdo, 90 kq), İlham Zəkiyev (paracüdo, +100 kq) İslamiadanın bürünc mükafatına sahib olub.

Bununla da Azərbaycanın ümumi medallarının sayı 50-yə çatıb. Bunun 24-ü qızıl, 17-si gümüş, 9-u bürüncdü. Azəbaycan yığması bu göstərici ilə İslam Həmrəyliyi Oyunlarının medal sıralamasında 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 24 ölkə medal qazanmağı bacarıb. Çempionluq sevincini yaşayan ölkələrin sayı isə 13-dür.

Yer

Ölkələr

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

24

17

9

50

2

Türkiyə

20

24

15

59

3

Özbəkistan

5

4

12

21

4

İndoneziya

4

10

9

23

5

İran

4

5

8

17

6

İordaniya

3

0

1

4

7

Əlcəzair

2

5

11

18

8

Misir

2

2

5

9

9

Banqladeş

1

1

0

2

10-11

Qırğızıstan

1

0

3

4

 

Tunis

1

0

3

4

12

Qətər

1

0

2

3

13

Səudiyyə Ərəbistanı

1

0

1

2

14

Pakistan

0

1

2

3

15-16

Qazaxıstan

0

0

2

2

 

Suriya

0

0

2

2

17-24

Fil Dişi Sahili

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İraq

0

0

1

1

 

Livan

0

0

1

1

 

Mərakeş

0

0

1

1

 

Oman

0

0

1

1

 

Türkmənistan

0

0

1

1

 

Birləşmiş Ərəb Əmirliyi

0

0

1

1

 

Cəmi

69

69

93

231

 



Әlaqәli Xәbәrlәr