Gimnast Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazandı

Bürünc medala isə 13.100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.

732358
Gimnast Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazandı

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazanıb.

AZƏRTAC-ın internet saytında yer tutan xəbərə əsasən, Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində 14.400 xalla birinci yeri tutub.

Gümüş medala 13.350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13.100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.



Әlaqәli Xәbәrlәr