Türkiyə güləşçisi Taha Akgül Avropa çempionatında qızıl medal qazanıb

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının dördüncü yarış günündə Türkiyə güləşçisi Taha Akgül qızıl medal qazanıb.

726943

125 kq çəkidə mübarizə aparan Taha Akgül həlledici qarşılaşmada azərbaycanlı rəqibi Cəmaləddin Məhəmmədovla qarşılaşıb.

Məlumata görə, Taha Akgül azərbaycanlı rəqibini  8-2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Әrdoğan Avropa çempionatında qızıl medal qazanan Taha Akgülü  təbrik edib.

Әlaqәli Xәbәrlәr