Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyət açıqlanıb
İslamiadada B qrupunda mübarizə aparacaq Türkiyə yığması mayın 8-də Əlcəzair, 11-də Oman, 15-də isə Fələstinlə üz-üzə gələcək.

Futbol üzrə Türkiyə yığmasının Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Türkiyə Futbol Federasiyasının məlumatına görə, “ay-ulduzlular”a 23 futbolçu dəvət edilib.
Komanda mayın 2-də Beykoz-Rivada yerləşən “Hasan Doğan” təlim-məşq mərkəzində bir araya gələcək. 3 günlük hazırlıqdan sonra türklər mayın 5-də Bakıda olacaqlar.
“23-lük”də cəmi 1 futbolçu 23 yaşdan yuxarıdı. Bu, “Zonquldak Kömürspor”un yarımmüdafiəçisi Onur Erişdi. Həmçinin “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”dan da 1 nəfər heyətdə yer alıb.
Qeyd edək ki, İslamiadada B qrupunda mübarizə aparacaq Türkiyə yığması mayın 8-də Əlcəzair, 11-də Oman, 15-də isə Fələstinlə üz-üzə gələcək.
Әlaqәli Xәbәrlәr

"Milan” 1/4 finala vesiqə qazandı
Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinə start verilib.