UNESCO-da “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib

Parisdə UNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin növbədənkənar sessiyası çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib.

703419
UNESCO-da “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib

Parisdə UNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin növbədənkənar sessiyası çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib.

Sessiyada Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov katibliyə mayın 12–dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verib. O, Oyunların Azərbaycan üçün təkcə idman tədbiri olmadığını, eyni zamanda, xalqlar arasında əlaqələrin, dialoqun təşviqi platforması olduğunu diqqətə çatdırıb. “İnanırıq ki, idman insanları birləşməyə doğru aparır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman yarışları, 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunları, həmçinin qarşıdan gələn IV İslam Həmrəyliyi Oyunları bir daha göstərir ki, ölkəmizin məqsədi təkcə idman oyunlarını təşviq etmək deyil, eyni zamanda, bugünkü mürəkkəb dünyada müxtəlif xalqları bir araya gətirərək onlar arasında körpü rolu oynamaqdır”, - deyə Anar Kərimov vurğulayıb.

Sonra Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Mətanət Məmmədova “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017”yə 57 ölkədən 5 minədək atletin iştirakı nəzərdə tutulub. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.

Bildirilib ki, Oyunların əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. Azərbaycan ev sahibliyi etdiyi əvvəlki beynəlxalq idman yarışlarında olduğu kimi, bu Oyunları da yüksək səviyyədə təşkil edəcək.

Sonda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

AZƏRTAC



Әlaqәli Xәbәrlәr