Final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşdi

2018-ci il dünya çempionatının final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.

701283
Final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşdi

 2018-ci il dünya çempionatının final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib. Mundiala ev sahibi kimi qatılacaq Rusiyadan sonra Braziliya da planetin ən nüfuzlu futbol turnirində oynamaq hüququ qazanıb.

Braziliya yığması buna DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin XIV turunda nail olub. Titonun yetirmələri turnirin sonuna 4 tur qalmış Rusiyaya birbaşa vəsiqə verən 4 pillədən birini təmin edib.

Paraqvay üzərində 3:0 hesablı qələbə qazanan Neymar və komanda yoldaşları xal hesabını 33-ə çatdırıb. Onlar ən yaxın izləyicisini 9 xal qabaqlayır. Əslində 5-ci olan Argentina da Braziliyanı keçmək imkanına malikdi. Amma Uruqvayla Argentinanın öz arasında da oyunu qaldığından pentakampeonlar ən pis halda, 3 komandanı önə buraxacaq. Bu isə ilk 4 yerdən birinin təmin olunması anlamına gəlir.

Qeyd edək ki, Lionel Messisiz Argentina isə işini daha da çətinə salıb. Onlar autsayderlərdən olan Boliviyaya uduzmaqla 5-ci yerə enib. Bu yer isə mundiala deyil, pley-offa vəsiqə verir. Birbaşa vəsiqə üçün argentinalılar Kolumbiya, Uruqvay və Çili ilə mübarizə aparmalıdır. Lakin Ekvador, hətta Peru ilə Paraqvay da mundiala vəsiqə üçün sonadək cəhdlərini davam etdirəcək. İki autsayder - Boliviya və Venesuela isə hətta pley-offda oynamaq şanslarını da əldən verib. 



Әlaqәli Xәbәrlәr