Barcelonadan tarixi qalibiyyət

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı oynanıb.

687652
Barcelonadan tarixi qalibiyyət

“Barselona”, PSJ, “Borussiya” isə “Benfika” ilə qarşılaşıb.

“Barselona”nın PSJ-yə ilk oyundakı 0:4   məğlubiyyətindən   sonra bu oyunda möcüzəni reallaşdıracağı inanılmaz olsa da, katalonlar bunu bacardılar. Oyuna qolla başlayan Luis Enrikenin yetirmələri 3:0-dan sonra PSJ-nin qoluna məyus olsalar da, sonradan özlərində güc tapa bildilər. Neymarın dublu və Robertonun qolu ilə fransızları 6:1 hesabı ilə darmadağın edən "Barsa" növbəti mərhələyə yüksələn tərəf olub.

Günün digər görüşündə “Borussiya” “Benfika”dan ilk matçdakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Dortmundlular Bundesliqada “Volfsburq” (3:0) və “Frayburq”un (3:0) ardınca “Bayer” üzərində də asan qələbə qazanıb – 6:2. Tomas Tuhelin komandası uğurlu seriyanı “Benfika” ilə görüşdə də davam etdirib. Obameyanqın het-tirk etdiyi oyunda dortmundlular 4:0 hesablı darmadağına seviniblər. Qeyd edək ki, bir gün öncə  Münhenin "Bavariya" və Madridin "Real" klubu 1/4 finala vəsiqə qazanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr