UEFA Avropa Liqasında son 32 turun ilk matçları oynanıb
Avropa futbolunun klub səviyyəsindəki iki nömrəli turniri UEFA Avropa Liqasında son 32 turun ilk matçları sona çatıb.

Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirir. İsraildə “Hapoel”in qonağı olan “qara qartal” 3:1 hesablı qələbə ilə evə qayıdıb.
Beşiktaşın qollarını 42-ci dəqiqədə William Soares öz qapısına, 60-cı dəqiqədə Cenk Tosun və 90 + 3-cü dəqiqədə Atiba Hutchinson, ev sahibi komandanın tək qolunu 44-cü dəqiqədə Elyaniv Barda vurub.
İngilis qrupu Manchester Unitedin öz meydançasında Fransa nümayəndəsi Saint Etienne komandasını 3-0 məğlub etdiyi matçda İsveçli ulduz Zlatan Ibrahimovic, Romanın səfərdə Villarrealı 4-0 məğlub etdiyi qarşılaşmada isə Bosniya və Herseqovinyalı Edin Dzeko "hat-trick" edib.
Qarşılaşma nəticələri isə :
PAOK (Yunanıstan) - Şalke 04 (Almaniya): 0-3
Hapoel Beer-Sheva (İsrail) - Beşiktaş (Türkiyə): 1-3
Villarreal (İspaniya) - Roma (İtaliya): 0-4
Manchester United (İngiltərə) - Saint Etienne (Fransa): 3-0
Anderlext (Belçika) - Zenit (Rusiya): 2-0
Legia Varşava (Polşa) - Ajax (Hollandiya): 0-0
Athletic Bilbao (İspaniya) - APOEL (Kıbrıs Rum İcması): 3-2
Әlaqәli Xәbәrlәr

“Barselona” finala yüksəldi
Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.