Fənərbaxça, 14-cü qalibiyyətə imza atdı

Türk Hava Yolları (THY) Avropa Liqasındakı nümayəndəmiz Fənərbaxça, CSKA Moskvanı məğlub edib.

664428
Fənərbaxça, 14-cü qalibiyyətə imza atdı

77-71 xal hesabıyla rəqibini məğlub edən Fənərbaxça ardıcıl olaraq 4, cəmdə isə 14 qalibiyyətə imza atdı.

CSKA Moskva isə meydançalardan altıncı dəfə məğlub ayrıldı.

Digər tərəfdən, Basketbol THY Avropa Liqasının 21-ci turunda Türkiyə nümayəndəsi Qalatasaray Odeabank Yunanıstan nümayəndəsi Panatinaikos Superfoods ilə qarşılaşacaq. İstanbulda oynanaçaq matç saat 20-də başlayacaq. Digər nümayəndəmiz Anadolu Efes isə Serbiya qrupu Kızılyıldız MTS ilə qarşılaşacaq. Belqradda oynanacaq matç saaat 22.45 start götürəcək.



Әlaqәli Xәbәrlәr