Cənubi Amerika Futbol Konfederasiyası bütn matçları təxirə salıb

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Kolombiyada iki komandanın futbolcularını daşıyan təyyarə qəzasından sonra bütün matçları müvəqqəti olaraq təxirə salıb.

620478
Cənubi Amerika Futbol Konfederasiyası bütn matçları təxirə salıb

Cənubi Amerika Futbol Konfederasiyasından verilən açıqlamada Braziliya Birinci Futbol Liqası komandalarından Chapecoense karvanının də içində olduğu sərnişin təyyarəsinin, Kolombiyanın Medellin şəhərində qəzaya düşməsi səbəbiylə bütün proqramını dayandırdığı, CONMEBOL-un Başçısı Alejandro Dominguezin qəzadan sonra Medellin şəhərinə getdiyi bildirilib.

Qeyd edək ki, təyyarədə olan Chapecoense komandası, Sudamericana Kuboku finalının ilk qarşılaşmasında, 1 dekabrda Kolumbiya qrupu Atletico Nacional ilə qarşılaşacaqdı.



Әlaqәli Xәbәrlәr