Türkiyənin A Milli Futbol Komandası Kosovonu  2-0 hesabı ilə məğlub etdi

Türkiyənin A Milli Futbol Komandası 2018 FİFA Dünya Kuboku Avropa seçmə mərhələsinin 4-cü həftəsində Antalyada Kosovonu  2-0 hesabı ilə məğlub edərək, I Qrupda ilk qalibiyyətini həyata keçirdi.

609637

 Türkiyənin qollarını 51-ci dəqiqədə Burak Yılmaz və 55-ci dəqiqədə Volkan Şən vurdular.
 
 I Qrupdakı digər matçda isə Xorvatiya İslandiyanı 2-0  hesabı ilə məğlub edərək, 10 xalla zirvədəki yerini qorudu.
 
 İkinci yerdə olan Ukraynanın 8, üçüncü yerdəki İslandiyanın isə 7 xalı var.
 
 Türkiyə 5 xalla dördüncü yerdədir.
 
 1 xalı olan komandalardan Finlandiya 5-ci, Kosovo isə 6-cı (sonuncu) yerdədirlər.

 Türk Milli Komandasında Kosovo matçı ərəfəsində 21 qolu olan Burak Yılmaz bu yarışda  22-ci qolunu vuraraq Lefter Küçükandonyadisi geridə qoydu.
Beləliklə,  Burak Yılmaz ay-ulduzlu komandada ən çox qol vuran futbolçular siyahısında ikinci  yeri tutan alan Tuncay Şanlıya çatdı.

Әlaqәli Xәbәrlәr