TRT futboldan sonra basketbol yarışlarını da göstərmək haqqını qazandı

Basketbolun Avropa arenasında keçiriləcək əsas matçları və 4-lü final həyəcanının ünvanı TRT kanalı olacaq.

589673
TRT futboldan sonra basketbol yarışlarını da göstərmək haqqını qazandı

  Türkiyə Hava Yolları, “Euroleague” və İstanbuldakı 4-lü final həyəcanı da bu mövsüm TRT ekranlarında yaşanacaq.

  Super Liqa və Türkiyə Futbol Federasiyasının 1-ci liqasından sonra TRT basketbolun da translasiya hüquqlarını qazandı. Bundan sonra Avropanın böyük basketbol qurumu olan “Euroleague”in matçları TRT ekranlarında idmansevərlərin görüşünə gələcək. Basketbolun Avropa arenasında keçiriləcək əsas matçları və 4-lü final həyəcanının ünvanı TRT kanalı olacaq. Bu mövsüm Türkiyə Hava Yolları Avropa Basketbol Liqasında 4 Türkiyə təmsilçisi - Anadolu Efes, Fənərbaxça və Qalatasaray Odeabank Avropada birinci olmaq üçün mübarizə aparacaqlar.



Әlaqәli Xәbәrlәr