Batuhan Daştan şahmat üzrə Beynəlxalq Usta adını qazandı

Türkiyə milli şahmat oyunçusu Batuhan Daştan III Beynəlxalq İstanbul Açıq Şahmat Turnirində 2500 elonu keçərək Türkiyə şahmat tarixində Beynəlxalq Usta (GM) adını alan 10-cu idmançı oldu

564160
Batuhan Daştan şahmat üzrə Beynəlxalq Usta adını qazandı

  Türkiyə Şahmat Federasiyasından (TSF) verilən məlumata görə, Batuhan Daştan turnirin 5-ci turunda dünən ukraynalı rəqibi GM Eldar Qasanovu məğlub edərək 2500 eloyu keçib və Aleksandr İpatov, Draqan Solak, Mustafa Yılmaz, Emre Can, Suat Atalık, Barış Esen, Cəmil Ağamalıyev, Kıvanç Haznedaroğlu və Vahap Şanaldan sonra 10-cu olmaqla Türkiyə şahmat tarixinə adını yazdırıb.

  Türkiyənin şahmat üzrə bir ildə 2 dəfə Beynəlxalq Usta siyahısına girdiyini qeyd edən Türkiyə Şahmat Federasiyasının başçısı Gulki Tulay deyib: "Türkiyə şahmat üzrə ilbəil yeni uğurlara imza atır. Dünyada artıq 10 türkiyəli Beynəlxalq Usta var. Batuhan Daştanın da uğuru qürurverici oldu."



Әlaqәli Xәbәrlәr