Fǝnǝrbaxça rǝqibini 2-1mǝğlub edib

Fənərbaxça, UEFA Çempionlar liqası 3-cü tǝsnifat mǝrhǝlǝsinin ilk matçında Fransanın 1-ci Liqa qrupu olan Monaconu 2-1 məğlub edərək böyük üstünlük ǝldǝ edib.

539358
Fǝnǝrbaxça rǝqibini 2-1mǝğlub edib

İstanbul Ülker Stadionnunda oynanan matçda Nigeriyalı hücumçu Emmanuel Emenikenin 39-cu dəqiqədəki qoluna görǝ rǝqibi qarşısında üstünlük ǝldǝ edǝn Fənərbaxça, Radamel Falcaonun 42-ci dəqiqədə ötürdüyü qoldan sonra maçın ilk yarısını heç-heçǝ tamamladı. İkinci yarının 61-ci dǝqiqǝsindǝ yenǝ Emenikenin 61-ci dəqiqədə vurduğu qol sayǝsindǝ yenidǝn ǝlǝ keçirdiyi üstünlüyü qoruyan Fənərbaxça, meydandan 2-1 qalib ayrıldı.

Fənərbaxça ilə Monaco arasındakı rövanş matç isǝ 3 Avqustda Monacoda oynanacaq. Fǝnǝrbaxça bu maçda qǝlǝbǝ qazanarsa play-off turuna yüksǝlǝ bilǝcǝk.



Әlaqәli Xәbәrlәr