Türkiyəli idmançılar 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı
Trabzonda təşkil edilən “Dünya Məktəblilərinin Olimpiadaları-2016” turinirində Türkiyəli idmançılar oxatma və güləş üzrə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
529969

Trabzonda təşkil edilən “Dünya Məktəblilərinin Olimpiadaları-2016” turinirində Türkiyəli idmançılar oxatma və güləş üzrə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Gənclik və İdman Nazirliyi və Beynəlxalq Məktəblərin İdman Federasiyasının birgə təşkil etdiyi yarışda oxatma üzrə Ərdəm Sucu klassik yayda kişilərdə qızıl medal, qadınlarda isə Aybükə Gömrükçü bürünc medala sahib olub.
Komanda yarışmalarının nəticələrinə görə isə Ərdəm Sucu və Mərvənur Yılmaz bürünc medal, Oğuzxan Kiçik isə gümüş medal qazanıb.
Olimpiadanın üçüncü günündə güləş üzrə yalnız kişilər arasında mübarizə baş tutub. 66 kq çəkidə mübarizə aparan Ömər Faruk Qoç qızıl medalın sahibi olub.