Ev sahibi Fransa qonşusu Almaniyaya qalib gəldi

2016 Avropa Futbol Çempionatı (EURO 2016) yarımfinalında Fransa Almaniyanı 2-0 hesabıyla məğlub edərək finalda Portuqaliyanın rəqibi oldu

525374
Ev sahibi Fransa qonşusu Almaniyaya qalib gəldi

  2016 Avropa Futbol Çempionatı (EURO 2016) yarımfinalında Fransa Almaniyanı 2-0 hesabıyla məğlub edərək finalda Portuqaliyanın rəqibi oldu. Bununla Fransa Milli Komandası 1984 və 2000-ci ildə çempion olduğu Avropa Futbol Çempionatından sonra üçüncü dəfə finala adını yazdırdı. Komandasına qalibiyyəti gətirən qolları vuran Antoni Qriezman isə çempionatda 6 qolla ən çox qol vuran oyunçu sayılıb.  

  Almaniyanı 2-0 hesabıyla keçən ev sahibi Fransa finalda qaldığı Portuqaliya ilə 10 iyul bazar günü Türkiyə saatıyla 22.00-da Saint-Denis şəhərindəki “Stade de France”da qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr