B qrupunun son matçları oynanıb

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində B qrupunun son matçları oynanıb.

514911
B qrupunun son matçları oynanıb
rusya.jpg

Uels yığması Rusiya milli komandasını 3:0 hesabı ilə məğlub edərək, 6 xalla qrupda birinci yeri tutub.

İngiltərə - Slovakiya oyununda hesab açılmayıb. Beləliklə, ingilislər 5 xalla 2-ci, slovaklar isə 4 xalla 3-cü yeri tutublar.

Boyük ehtimalla Uels və İngiltərə komandaları ilə yanaşı, Slovakiya millisi də bu qrupdan pley-off mərhələsinə vəsiqə qazanan komanda olacaq.

Rusiya millisi üçünsə Avropa çempionatı bu gün başa çatıb.

Türkiyǝ millisi Avropa çempionatı D qrupunda 3-cü matçını  oynayacaq.

Çex respublikası ilə qarşılaşacaq olan ay ulduzlular  mütlǝq surǝtdǝ qǝlǝbǝ  qazanmalıdılar.

Türkiyǝ  vaxtıyla  Saat 22-də başlayacaq qarşılaşma TRT1  kanalından  canlı yayımlanacaq.

Məşqçi Fatih Terim Çexiya matçı əvvəli mətbuat mənsublarına verdiyi  açıqlamada : “Çox maraqlı bir matç bizi gözləyir. Oyunçular qarşılaşma üçün hazırlıqlarını  tamamlayıblar”.

 



Әlaqәli Xәbәrlәr