Bakı Şəhər Halqası Formula - 1 həyəcanı yaşadır

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi Bakı Formula - 1 Avropa Qran Prisi üçün start verildi

512944
Bakı Şəhər Halqası Formula - 1 həyəcanı yaşadır

  Sürətlə ehtirası, tarixlə bu günü görüşdürən Formula - 1 Bakı Qran Pri yarışlarına hazırlıqlar aylar əvvəl başlayıb. Yollar təyin olunduqdan sonra Bakının mərkəzində maşın sürmə meydanı – Bakı Şəhər Halqası yaradılıb. Paytaxtın ana yollarıyla küçə və piyada keçidləri Formula - 1-ə görə uyğunlaşdırılıb.

  Formula - 1 pərəştişkarları və F1 pilotları Bakının prospektlərində start həyəcanı yaşadır.  

  Əsas yarışlar bazar günü saat 17.00-dan Bakının mərkəzindəki 6 kilometrlik yoldan başlanacaq. Yarışma müddəti ümumi 306 kilometr məsafəni qət etməkdir.  

  Bakı Qrand Prisində Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas kimi məşhur yarış sürücüləri yarışacaq.

  Eyni zamanda, paytaxt Bakının görkəmli yerlərində konsert və tədbirlər olacaq.

  Yarış cədvəlinə əsasən 2016-cı il FİA Formula - 1 Dünya Çempionatı çərçivəsində martın ortalarından noyabr ayının sonunadək Formula - 1 tarixində bir il ərzində ilk dəfə rekord sayda yarış, başqa sözlə, 21 Qran Pri yarışı baş tutacaq. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası Formula - 1 təqviminə ən yeni əlavədir. Bu tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Sürət, çağırış, cazibə – bu üç söz Bakı Şəhər Halqasını tam simvolizə edir. 

 



Әlaqәli Xәbәrlәr