Dünyaşöhrətli boksçu Məhəmməd Əli dünyadan köçdü

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən 74 yaşlı Məhəmməd Əli tənəffüs yollarındakı narahatlıqla bağlı aparıldığı xəstəxanada dünyasını dəyişib

503749
Dünyaşöhrətli boksçu Məhəmməd Əli dünyadan köçdü
muhammed ali1.jpg

  Amerikalı əfsanəvi boksçu, 3 dəfə dünya çempionu olmuş Məhəmməd Əli həyatını itirdi

  Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən 74 yaşlı Məhəmməd Əli tənəffüs yollarındakı narahatlıqla bağlı aparıldığı xəstəxanada dünyasını dəyişib.

  Boks karyerasını dayandırdıqdan sonra, 1984-cü ildə parkinson xəstəliyinə tutulan və əsl adı Kassius Kley Marsel (Cassius Marcellus Clay Jr.) olan əfsanəvi boksçu 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını almışdı. O, 1964, 1974 və 1978-ci illərdə 3 dəfə ağır çəki üzrə dünya boks çempionluğunu qazanmışdı. Karyerası boyu çıxdığı 61 rinqin 56-sından qalibiyyətlə ayrılan Məhəmməd Əli adını dünya idman tarixinə qızıl hərflərlə yazdırıb.



Әlaqәli Xәbәrlәr