Sevilya 21,5 milyon qazanıb

Avroliqada qələbə Sevilyaya 21,5 milyon qazandırdı.

494326
Sevilya 21,5 milyon qazanıb

Sevilyanın Avroliqada qələbəsi klub büdcəsini 21,5 milyon zənginləşdirəcək. Final oyunundakı qələbəyə görə Sevilya 6,5 milyon avro alacaq.

Bundan sonra ispan klubu Avropa superkuboku oyununda iştirak hüququ əldə edib. Həmin qarşılaşmaya görə isə daha 3 milyon düşür.

Növbəti mövsümdə isə Avroliqanın qalibi kimi Sevilya Çempionlar liqasının qrup mərhələsində çıxış edəcək. Qrupdakı 6 oyun isə 12 milyon avro deməkdir.

Qeyd edək ki,  Avropa Liqasının final matçında İngiltәrәnin ‘‘Liverpul’’  ilә İspaniyanın ‘‘Sevilya’’ komandaları qarşılaşıb. ‘‘Liverpul’’u  3-1 hesabı ilә mәğlub edәn ‘‘Sevilya’’ çempion olub.


Etiketlәr: #Sevilya , #Avroliqa , #Liverpul

Әlaqәli Xәbәrlәr