16 il bundan əvvəl

Bu gün “Qalatasaray”ın UEFA kubokunu qazanmasından 16 il keçir.

492581
16 il bundan əvvəl

 

Qalatasaray Futbol Komandası 1999-2000 mövsümündə Milan ilə oynadığı əfsanəvi matçdan sonra  Çempionlar Liqası qruplarında üçüncü pillədə qərarlaşıb. Qalatasaray bundan sonra Avropa liqasında yoluna davam etdib. Sarı qırmızılar UEFA Avropa Liqasında ardıcıl olaraq Bolonya, Borussia Dortmund, Real Mallorca, Leeds United kimi Avropa futbolunun önəmli komandalarını məğlub edərək finala vəsiqə qazanmışdı.

Qalatasaray 2000-ci ilin mayın 17-də Türk futbol tarixinin ən böyük uğurlarından birinə imza atıb. 2000-ci ilin mayın 17-də Danimarkanın Kopenhagen şəhərində Fatih Terimin baş məşqçisi olduğu “Qalatasaray” İngiltərə “Arsenal”ına penaltilər seriyasında qalib gələrək yarışın qalibi olub. 



Әlaqәli Xәbәrlәr