"Trabzonspor"a ağır cəza

Türkiyə Futbol Federasiyası superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı (0:4) haqda qərar verib.

484229
"Trabzonspor"a ağır cəza

Türkiyə Futbol Federasiyası superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbaxça" matçı (0:4) haqda qərar verib.

Qərara əsasən ev sahibi komanda ağır cəzalanıb.
Qaradənizlilər 4 ev oyununu azarkeşsiz keçirəcək. Bundan başqa klub 915 min lirə cərimə olunub.
Qeyd edək ki, sözügedən oyunun  sonlarına yaxın yerli azarkeşlərdən biri meydana daxil olub, köməkçi hakimə zərbə endirmişdi. Matçın 88-ci dəqiqəsində isə trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.



Әlaqәli Xәbәrlәr