Yarımfinal mərhələsinin ilk oyunu qolsuz bərabərliklə başa çatıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda   “Mançester Siti” Madrid “Real”ı  qǝbul  edib.

478921
Yarımfinal mərhələsinin ilk oyunu qolsuz bərabərliklə başa çatıb

İspaniya kubokunda mübarizəni dayandırsa da, çempionluq uğrunda şansları davam edən “kral klubu” həm də qitənin ən nüfuzlu klub turnirində qalib olmaq istəyir. Madridlilərin super ulduzu Kristiano Ronaldonun zədə səbəbindən meydana çıxmadığı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Səfər oyunundan qol buraxmadan dönən Zidanın yetirmələri finala çıxmaq üçün daha yaxşı imkanlara sahibdilər.

Qeyd edək ki, ikinci finalçı "Atletiko Madrid" (İspaniya) və "Bavariya" (Almaniya) cütünün qalibi olacaq. Komandaların ilk görüşü aprelin 27-si Madriddə, cavab oyunu mayın 23-ü Münhendə keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr