"Liverpul"nun oyunu Cüneyt Çakıra tapşırıldı

‘‘Liverpul’’-‘‘Borussiya’’ matçı TRT1 kanalında canlı yayımlanacaq.

471029
"Liverpul"nun oyunu Cüneyt Çakıra tapşırıldı

UEFA Avropa Liqasının 1/4 finalın cavab oyunları keçiriləcək

Baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı bəlli olacaq.

Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçiriləcək şəhərin eyniadlı komandası Dortmund “ Borussiya"sını qəbul edəcək.Qarşılaşmanı FİFA dərəcəli hakimlərimizdən Cüneyt Çakır idarə edəcək.

Çakıra Cem Satman və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sərkan Ok yerinə yetirəcək.

İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırıb.

Son olaraq qeyd edək ki, futbolsevərlər bu qarşılaşmanı TRT-1 vasitəsi ilə canlı olaraq izləyə biləcəklər.



Әlaqәli Xәbәrlәr