Dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.

469331
Dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.

Mançesterdə və Madriddə baş tutacaq oyunlardan sonra ilk yarımfinalçıların adlarına aydınlıq gələcək.

İngiltərədə "Mançester Siti" PSJ-ni qəbul edəcək. İlk görüşdə 2:2 hesabı ilə qeydə alındığından cütün taleyinə bu axşam aydınlıq gələcək.

Gecənin paralell keçəcək digər qarşılaşmasında isə “Real” “Volfsburq”u qəbul edəcək. Gözlənilmədən Almaniyadan məğlub qayıdan madridlilər revanş üçün oynayacaqlar. Ancaq bu, o qədər də asan olmayacaq. Səfərdə 0:2 hesablı məğlubiyyətə düçar olan Zidan və komandası yarımfinalda oynamaq istəyirlərsə, 3 və ya daha artıq qol vurmalı və öz qapılarında qol görməməlidir.

12 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

"Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya)




Әlaqәli Xәbәrlәr