THY Avropa Liqasında dörddəbir final qarşılaşmaları bəlli olub

THY Avropa Liqasının play-off mərhələsinin dörddəbir final turunda Türkiyəni Fənərbaxça təmsil edəcək.

467673
THY Avropa Liqasında dörddəbir final qarşılaşmaları bəlli olub

E qrupunun lideri Fənərbaxça dörddəbir finalda F qrupunu 4-cü sırada bitirən Real Madridlə qarşılaşacaq.

Turnirin dörddəbir final matçları, 12-26 apreldə tarixlərində oynanacaq. Üç qalibiyyət əldə edəcək komandalar 13-15 may tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək dördlü finalda iştirak hüququ əldə edəcək.

Play-off mərhələsinin dörddəbir final qarşılaşmaları belədir:

Fənərbaxça (Türkiyə) - Real Madrid (İspaniya)

Laboral Kutxa (İspaniya) - Panatinaikos (Yunanıstan)

CSKA Moskva (Rusiya) - Kızılyıldız Telekom (Serbiya)

Lokomotiv Kuban (Rusiya) - Barselona Lassa (İspaniya)



Әlaqәli Xәbәrlәr